AZ

Samuxda mikroavtobusun aşması nəticəsində ölən və yaralıların kimliyi məlumOLDU - YENİLƏNİB

Samuxda baş verən qəza ilə bağlı TƏBİB məlumat yayıb.

Redaktor.az həmin məlumatı təqdim edir:

“Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (qadın) 25.01.2026-cı il tarixində saat 10:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

***

Samuxda baş verən qəza ilə bağlı Samux Rayon Mərkəzi Xəstəxanasının məlumat yayıb.

Redaktor.az xəbər verir ki, məlumata görə, Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 25.01.2026-ci il tarixində saat 09:00 radələrində 3 nəfər (qadın) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Samuxda mikroavtobusun aşması nəticəsində digər xəsarət alanların kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, xəsarət alanlar mikroavtobusun sərnişinləri

1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarovdur.

Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb.

Qeyd edək ki, qəzaya Qazel markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəza uğrayıb, xəsarət alanlar mikroavtobusun sərnişinləridir.

Faktla bağlı araşdırma aparılır (APA).

***

Samuxda fəhlə daşıyan sərnişin mikroavtobus aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.

Redaktor.az xəbər verir ki, ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir (APA).

***

Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, qəza Qızılca–Samux avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan, fəhlə daşıyan “Qazel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (APA).

Seçilən
70
2
redaktor.az

10Mənbələr