AZ

Samuxda mikroavtobus qəzaya düşüb, ölən və yaralananlar var

Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı sərnişin - 2000-ci il təvəllüdlü V.Əsgərov həyatını itirib. 

1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarov isə xəsarət alıblar. 

Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb.

Qeyd edək ki, "Qazel" markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəza uğrayıb. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
83
2
xezerxeber.az

10Mənbələr