Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb.
"Report"un məlumatına görə, hadisə rayonun Köbər kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Əsgərov Vüqar İlqar oğlunun öldüyü, beş nəfərin xəsarət aldığı bildirilir.
Mikroavtobusun fəhlələri daşıdığı qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.