RU

“Zirə” Antalyadakı ilk sınaq matçında 3 qol vursa da… – ARENA.AZ

2025/2026 mövsümünün qalan hissəsinə Türkiyədə hazırlaşan “Zirə” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, “qartallar” Antalya şəhərində Rumıniyanın “Çiksereda” komandası ilə qarşılaşıblar.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv məhsuldar keçən bu oyunda 3 qol vursa da, yekunda heç-heçə ilə kifayətlənməli olub – 3:3.

Azərbaycan təmsilçisinin qollarını Namiq Ələsgərov (10) və dubla imza atmış Rövlan Muradov (17, 45 – hər ikisi penaltidən) vurublar.

Qeyd edək ki, Premyer Liqa təmsilçisinin Antalya toplanışı yanvarın 17-nə qədər davam edəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv burada daha 2 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qartallar” yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” komandaları ilə də qarşılaşacaq.

Xatırladaq ki, “Zirə”nin kollektivi yanvarın 3-də Bakıda bir araya gəlib. Komanda Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. Paytaxt təmsilçisi keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
51
9
arena.az

10Источники