AZ

Tommazo Baldansi “Roma”nı tərk etdi – “Cenoa”ya görə – ARENA.AZ

İtaliyanın “Roma” klubunun hücumameyilli yarımmüdafiəçisi Tommazo Baldansi bundan sonra “Cenoa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Genuya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

22 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər icarəyə götürülüb. Müqavilədə futblçunun transfer hüquqlarının alınması şərti də nəzərdə tutulub.

Xatırladaq ki, “Roma” italyan futbolçunu 2024-cü ilin yanvarında “Empoli”dən 11,5 milyon avro qarşılığında heyətinə qatmışdı. 22 yaşlı yarımmüdafiəçinin paytaxt klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Tommazo Baldansi “Empoli”nin yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. Yarımmüdafiəçi bu müddətdə meydana çıxdığı 44 oyundan 6 qolla ayrılıb. Baldansi “Roma”nın heyətində 69 oyun keçirib və 3 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

İtaliyanın U-17, U-18, U-19, U-20 və U-21 millilərində oynamış Baldansiyə əsas yığmada debüt etmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
81
8
arena.az

10Mənbələr