Bakı. Trend:
Ötən ilin yanvar-sentyabr ayları ərzində Avstriyadan Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 21,809 milyon ABŞ dollarıtəşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,894milyon dollar və ya 29% azdır.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Avstriyadan reallaşan investisiyaların payı 0,5% təşkiledib.
Azərbaycan isə öz növbəsində ötən ilin ilk 9 ayı ərzindəAvstriya iqtisadiyyatına 3,740 milyon dollar sərmayə qoyub ki, bu,2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,9 milyon dollar və ya 13dəfə azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Avstriyayayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,2% təşkiledib.
2024-cü ilin ilk 9 ayı ərzində Avstriyadan Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 30,703 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 48,638 milyon dollartəşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.