RU

“Rusiyaya zərbə endirmək üçün artıq Qərbin icazəsinə ehtiyac yoxdur” - Zelenski

Ukraynanın Rusiyada yerləşən hədəflərə zərbə endirmək üçün artıq Qərb ölkələrindən icazəyə ehtiyacı yoxdur. İndi bütün qərarları Kiyev qəbul edir.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “könüllülər koalisiyası”nın nümayəndələri ilə görüşdən sonra bildirib.

Bunun səbəbi Ukrayna Silahlı Qüvvələrinin ixtiyarında yalnız özünün istehsal etdiyi silahların qalmasıdır.

Zelenskinin sözlərinə görə, hərbçilər tərəfindən istifadə edilən dronlar və raketlər tamamilə Ukraynada istehsal olunur və onların istifadəsi üçün digər ölkələrin təsdiqi tələb olunmur: “Biz elə bir mərhələyə qədəm qoymuşuq ki, əlimizdə olanı istifadə edirik. İstifadə etmək mümkün olmayanı isə vermirlər”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
244
50
herbiand.az

10Источники