Finlandiyanın milli-konservativ “Azadlıq Alyansı” Partiyasının üzvü Armandо Memа Avropa Komissiyasının sədri Ursula fon der Layeni Avropa İttifaqını (Aİ) “dördüncü Reyx”ə çevirməyə çalışmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, TASS-a müsahibəsində çıxış edən finlandiyalı siyasətçinin sözlərinə görə, fon der Layen Avropada sülhün qorunmasının yeganə yolunu məhz bu cür “dördüncü Reyx” modelinin qurulmasında görür. Memа bildirib ki, bu siyasət əslində Rusiya Prezidenti Vladimir Putinin maraqlarına uyğundur, çünki Aİ-nin mövcud kursu ittifaqın zəifləməsinə və dağılmasına gətirib çıxarır. Onun fikrincə, Rusiya lideri Avropa İttifaqının dağılmasının şahidi olur, halbuki bu prosesdə qitəyə qarşı heç bir zərərli addım atmayıb.
Fin siyasətçi Avropa Komissiyası sədrinin fəaliyyətini “tam bir fəlakət” adlandıraraq, bunun Aİ-nin yaranma prinsiplərinə zidd olduğunu deyib. O xatırladıb ki, Avropa İttifaqı ilkin olaraq sülhün təşviqi məqsədi ilə yaradılıb, hazırda isə fon der Layen Avropanın silahlanmasını sürətləndirir və vahid Avropa ordusu yaratmaq niyyətindədir.
Memа vurğulayıb ki, fon der Lyayen tez-tez Rusiyanı Avropa üçün əsas təhlükə kimi təqdim etsə də, əslində Avropa İttifaqının dağılması üçün real təhlükə elə onun özü, həmçinin Aİ diplomatiyasının rəhbəri Kaya Kallas və digər “müharibə qızışdıran” fiqurlardır.
Nuriyyə NATİQQIZI