Müəllif xatırladır ki, Zelenski 2019-cu ildə beşillik müddətə prezident seçilsə də, artıq yeddinci ildir vəzifədə qalır və bu səbəbdən həm Avropada, həm də Kiyevin daxilində siyasi təzyiqlər artır. Onun səlahiyyət müddəti 20 may 2024-cü ildən sonra rəsmi olaraq başa çatsa da, ölkədə prezident seçkiləri hələlik keçirilməyib. Zelenski isə daha əvvəl açıqlamasında legitimlik məsələsinin onu narahat etmədiyini bildirib.
Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Zelenskinin legitimliyinin bitdiyini vurğulayaraq, hüquqi baxımdan kimlə danışıqlar aparılmasının aydınlaşdırılmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyət potensial sülh sənədlərinin hüquqi etibarlığını sual altında qoya bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31