AZ

Finlandiyalı siyasətçi: Fon der Leyen Aİ ni “dördüncü reyx”ə çevirməyə çalışır

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin siyasəti Avropa İttifaqını fəlakətə aparır və o, ittifaqı “dördüncü reyx”ə çevirməyə cəhd edir.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı iqtisadi, siyasi və ideoloji baxımdan dağılmaq üzrədir: “Ursula fon der Leyen dördüncü reyx qurmağa çalışır və bunu Avropada sülhün qorunmasının yeganə yolu hesab edir. Bu isə həm absurddur, həm də fanatizmdir. Bu mənada fon der Leyen Rusiya Prezidenti Vladimir Putinə yaxşı xidmət edir. Prezident Putin Avropa İttifaqının onun gözləri önündə necə dağıldığını görür, halbuki Avropaya zərər verəcək heç bir addım atmayıb”, - deyə o qeyd edib.

Mema fon der Leyenin siyasətini “tam bir fəlakət” adlandıraraq bunun Aİ-nin yaranma prinsiplərinə zidd olduğunu vurğulayıb: “Avropa İttifaqı sülhü təşviq etmək üçün yaradılmışdı. İndi isə o, Avropanı yenidən silahlandırır və Avropa ordusu yaratmaq istəyir. Ursula tez-tez deyir ki, Avropa üçün ən böyük təhlükə Rusiyadır. Amma həqiqət budur ki, o özü, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və digər müharibə tərəfdarları ilə birlikdə Aİ-nin parçalanması üçün real təhlükədir. Onun rəhbərlik etdiyi Komissiya senzuranı təşviq edir, Rumıniyada seçkiləri ləğv edir, Avropa İttifaqı vətəndaşlarını fikirlərinə görə təqib edir və mənim kimi sual verən müxalif namizədləri həbs etdirir”, - deyib.

Mema əlavə edib ki, Avropa İttifaqı Rusiyaya strateji məğlubiyyət yaşatmaq cəhdləri fonunda öz siyasi çəkisini getdikcə itirir.

Qeyd edək ki, Ursula fon der Leyen 67 yaşındadır. O, əvvəllər Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb. 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edir və onun səlahiyyət müddəti beş ildən sonra başa çatacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
50
icma.az

10Mənbələr