RU

Bir ildə 150 milyard qazanaraq rekord qırdılar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin süni intellekt (Sİ) startapları son bir il ərzində maliyyə cəlb etmə sahəsində tarixi rekorda imza atıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti “PitchBook” platformasına istinadən məlumat yayıb.

Məlumata görə, Sİ sektorunda fəaliyyət göstərən startaplar il ərzində 150 milyard dollar investisiya cəlb ediblər. Bu göstərici isə 2021-ci ildə qeydə alınan 92 milyard dollarlıq əvvəlki rekordu xeyli geridə qoyub.

Maliyyələşmə prosesində “OpenAI” (41 milyard dollar), “Anthropic” (13 milyard dollar) və “Meta”nın dəstəklədiyi “Scale AI” (14 milyard dollar) kimi nəhənglər aparıcı rol oynayıblar. Eyni zamanda “Anysphere”, “Perplexity” və “Thinking Machines Lab” kimi şirkətlər də il boyu dəfələrlə vençur kapitalı cəlb etməyə nail olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
17
qafqazinfo.az

10Источники