Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyanın "Akkuyu" layihəsi üçün təxminən 9 milyard dollarlıq yeni maliyyələşmə təmin etdiyini açıqlayıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir bu barədə ilin yekunlarına dair verdiyi hesabatda qeyd edib.
“Rusiya Akkuyu üçün təxminən 9 milyard dollarlıq yeni maliyyə təmin edib. Bu, yəqin ki, 2026-2027-ci illərdə istifadə olunacaq. 2026-cı ildə oradan ən az 4-5 milyard dollar xarici maliyyə gələcək. 2026-cı ildə "Akkuyu" Atom Elektrik Stansiyasından ilk elektrik enerjisini istehsal etməyi hədəfləyirik. Beləliklə, Türkiyə nüvə enerjisindən elektrik istehsal edə biləcək", - o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.