RU

Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib

Qazaxda

27 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qalib Lider, Güclü Gənclik: İlham Əliyev və Azərbaycanın Zəfər Tarixi” layihəsi çərçivəsində Qazax Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə bilik yarışı təşkil olunub.Ulusum.az-a bölgə müxbirinin verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Bilik yarışında 8 komanda — Zəfər, Qarabağ, Xarıbülbül, Azər, Xudayar, Şuşa, Uğur və Turan komandaları təmsil olunub. Ümumilikdə 46 nəfər gənc iştirakçı bilik və bacarıqlarını nümayiş etdirib.Tədbirdə çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihənin məqsədləri və əhəmiyyəti barədə məlumat verərək bildirib ki, əsas hədəf Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik fəaliyyətinin gənclər arasında təbliği, milli ruhun və vətənpərvərlik dəyərlərinin gücləndirilməsidir. O, layihəyə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü ifadə edib.Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Əziz Məsmalıyev Azərbaycan Ordusunun gücü, milli birliyin əhəmiyyəti və şəhidlərimizin qəhrəmanlıq yolundan danışıb. O, gəncləri vətənə sədaqət, dövlətçilik dəyərlərinə bağlılıq, elmə maraq və sağlam həyat tərzi ruhunda yetişməyə çağırıb.Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:I yer — Xarıbülbül komandasıII yer — Zəfər komandasıIII yer — Şuşa komandasıQalib komandalar medal, diplom və hədiyyələrlə mükafatlandırılıb.Tədbir iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.QazaxdaUlusum.az / E.Quliyev

Diqqət Çəkənlər

Избранный
7
2
ulusum.az

7Источники