RU

Azərbaycandan İsrailə pul köçürmələri artıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsrailə fizikişəxslərin pul köçürmələrinin həcmi 2,576 milyon ABŞ dolları təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 303 min ABŞ dolları və ya13,3% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində İsrailin payı 0,7% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında İsraildən Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 9,071 milyon ABŞ dolları olubki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,8milyon ABŞ dolları və ya 16,4% azalma deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəİsrailin payı 1,1% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan İsrailə fiziki şəxslərinpul köçürmələrinin həcmi 2,273 milyon ABŞ dolları, əks istiqamətdəisə 10,846 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dollarıvə ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya0,2% çoxdur.

Избранный
55
36
az.trend.az

10Источники