AZ

Azərbaycandan Ukraynaya pul köçürmələri azalıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ukraynaya fizikişəxslərin pul köçürmələrinin həcmi 3,951 milyon ABŞ dolları təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon ABŞ dolları və ya35% azdır.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində Ukraynanın payı 1,1% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Ukraynaya fizikişəxslərin pul köçürmələrinin həcmi 6,079 milyon ABŞ dollarınabərabər olubı.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dollarıvə ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabraylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya0,2% çoxdur.

Seçilən
8
36
az.trend.az

10Mənbələr