AZ

Litvadan Azərbaycana pul köçürmələri 64%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,883 milyon ABŞ dolları təşkil edib.

Kommersant.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,520 milyon ABŞ dolları və ya 64,3% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Litvanın payı 1,1% təşkil edib.

Həmçinin cari ilin ilk 9 ayında Litvadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,793 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 604 min ABŞ dolları və ya 14,4% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Litvanın payı 0,6% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,363 milyon ABŞ dolları, əks istiqamətdə isə 4,189 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% çoxdur.

Seçilən
18
32
kommersant.az

10Mənbələr