RU

Balakəndə ağır qəza baş verib, ölən var

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, bu gün saat 17:00 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

Hadisə zamanı digər avtomobilin sürücüsü, 22 yaşlı Rufan Bayramov, eləcə də “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Seymur Əli

Избранный
52
50
unikal.az

10Источники