Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, “77-GK-835” dövlət nömrə nişanlı “Hammer” və 99-TY 561 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib