RU

Mirzoyan sabah Brüsselə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-3-də Brüsseldə işgüzar səfərdə olacaq.

News365.az Ermənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan–Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının altıncı iclası keçiriləcək. 

"Müzakirələrin yekunu üzrə Ermənistanın xarici işlər naziri, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər", - məlumatda deyilir.

Dekabrın 3-də A.Mirzoyanın "Şərq tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun ikinci sammitində çıxışı planlaşdırılır. Səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulub.

Избранный
65
15
news365.az

10Источники