AZ

Mirzoyan Brüsselə səfər edəcək

Ajans.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. "Dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan–Aİ Tərəfdaşlıq Şurasının altıncı iclası keçiriləcək. Müzakirələrin yekunu üzrə Ermənistanın xarici işlər naziri, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər", - məlumatda deyilir. Dekabrın 3-də A.Mirzoyanın "Şərq tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun ikinci sammitində çıxışı planlaşdırılır. Səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulub.
Seçilən
25
2
Ajans.az

10Mənbələr