RU

Paşinyan ölkədə Rusiyanın agentura şəbəkəsinə qarşı təmizləmə prosesi APARIR

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə “azadetmə və ruhi yenilənmə prosesi” artıq başlayıb, davam edir və qaçılmaz olaraq tamamlanacaq. O, bu fikirləri bütün ermənilərin katolikosu II Qaregindən danışarkən səsləndirib və baş verən dəyişiklikləri məmnuniyyətlə qarşıladığını vurğulayıb.

Redaktor.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin vəzifədən uzaqlaşdırılması istiqamətində addımlar atır. Onun sözlərinə görə, bu proses davam edəcək:

"Çünki II Qaregin Paşinyana qarşı mövqe tutur, onun hakimiyyətdən devrilməsində maraqlı olur və bu istiqamətdə fəaliyyət göstərir. O, öz ətrafını da formalaşdırıb və kifayət qədər kilsə daxilində prosesləri siyasətə yönəldir. Bildirilir ki, II Qaregin siyasi mübarizədə Rusiyanın maraqları ilə hərəkət edir və artıq bu məsələnin gizli tərəfləri üzə çıxıb. Məhz buna görə də Nikol Paşinyan II Qaregini vəzifədən uzaqlaşdırmağa çalışır və özünə loyal bir şəxsin kilsə rəhbərliyinə gətirilməsini planlaşdırır. Düşünürəm ki, o, bu məqsədinə nail olacaq. Paşinyan orduda və digər strukturlarda Rusiyanın agentura şəbəkəsinə qarşı təmizləmə prosesi aparıb və Ermənistan hakimiyyəti bəzi hallarda kilsəni də bu şəbəkə ilə əlaqələndirir. Yəni proses hazırda bu istiqamətdə gedir və fikrimcə, bu mübarizədə II Qareginin mövqeləri kifayət qədər zəifdir, nəticədə o, Paşinyana məğlub olacaq. Kilsə ilə Ermənistan hakimiyyəti arasında davam edən bu qarşıdurma, ümumilikdə Ermənistanda sülhə və sabitliyə töhfə verə biləcək bir proses kimi qiymətləndirilə bilər".

Xədicə BAXIŞLI

Избранный
77
50
redaktor.az

10Источники