AZ

Paşinyan Hraparak qəzeti ilə məhkəmə çəkişməsinə başladı: redaksiya iddiaları rədd edir

Ermənistanın Baş naziri Nikol Paşinyan “Hraparak” qəzeti əleyhinə məhkəməyə müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Baş nazir iddia edir ki, nəşrin dərc etdiyi materialda onun haqqında böhtan xarakterli məqamlar yer alıb. Məhkəmə prosesinin ilk iclası 20 noyabrda keçirilib.

Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən “Qraparak” qəzetinin baş redaktoru Armine Ovanesyan iddianın əsassız olduğunu bildirib. Onun sözlərinə görə, may–iyun aylarında Paşinyan kilsə, ruhanilər və Katolikosla bağlı kəskin statuslar paylaşır, şəxsi həyata dair suallar verirdi: “subaysınızmı?”, “övladlarınız varmı?”, “kilsə nizamnaməsini pozmusunuzmu?” və s. Qəzetin müəllifi isə eyni üslubla Paşinyana ünvanlanan ritorik suallar verib: “Nikol Paşinyan həyat yoldaşına xəyanət edirmi?”, “filan deyilənlər doğrudurmu?”

Ovanesyan qeyd edib ki, məqalənin üslubu Paşinyanın son aylarda kilsə və ruhanilərlə bağlı səsləndirdiyi bəyanatlara cavab xarakteri daşıyır. O bildirib ki, baş nazirin əvvəlki çıxışlarında müxtəlif şəxslərin şəxsi həyatına dair suallar verməsi bu tip cavab reaksiyasına səbəb olub.

Baş redaktor həmçinin vurğulayıb ki, Ermənistan siyasi praktikasında dövlət başçısının və ya baş nazirin KİV-ə qarşı birbaşa məhkəmə iddiası qaldırması nadir haldır. O, Paşinyanın 1 milyon dram məbləğində mənəvi ziyanın ödənilməsini və məqalənin təkzibini tələb etdiyini qeyd edib.

Musavat.com

Seçilən
40
50
musavat.com

10Mənbələr