RU

U-15 millimiz Bolqarıstana da uduzdu – ARENA.AZ

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) Moldovada təşkil edilmiş UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

Arena.az xəbər verir ki, milli komandamız bu dəfə Bolqarıstan yığması ilə üz-üzə gəlib.

Kişinyov şəhərində yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilmiş görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 41-ci dəqiqədə Sübhan Əlizadə vurub.

Xatırladaq ki, U-15 millimiz bu turnirdəki ilk matçında monteneqrolu həmyaşıdlarına 0:1 hesabı ilə uduzmuşdu.

Azərbaycan milli komandası növbəti görüşünü noyabrın 23-də meydan sahiblərinə qarşı keçirəcək.

Xəbəri istədiklərinizlə paylaşın
Избранный
9
49
arena.az

10Источники