AZ

Asim Xudiyev “Universitatya” – “Maynts” matçına təyinat aldı – ARENA.AZ

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev futbol üzrə Avropa Konfrans Liqasının Liqa mərhələsinin təyinat alıb.

Arena.az xəbər verir ki, Xudiyev Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq “Universitatya” (Krayova, Rumıniya) – “Maynts” (Almaniya) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 27-də Krayova şəhərindəki Yon Oblemenko adına stadionda təşkil ediləcək. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
Seçilən
5
49
arena.az

10Mənbələr