AZ

“Xilasedici” Çelenc Kubokunda 1/16 finala yüksəldi – ARENA.AZ

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.

Arena.az xəbər verir ki, təmsilçimizin rəqibi Rumıniyanın “Styaua” komandası olub.

Səfərdə 0:3 hesabı ilə məğlub olmuş komandamız Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutmuş cavab oyununda 3:1 hesabı ilə qalib gəlib.

Növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün isə “qızıl set” oynanılıb. Həlledici setdə Azərbaycan klubu 15:13 hesabı ilə qalib gələrək 1/16 finala adlayıb.

Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” kollektivi olacaq. İlk oyun 2026-cı ildə, yanvarın 7-də Belçikada keçiriləcək.

Çelenc Kuboku
1/32 final mərhələsinin cavab oyunu
20 noyabr

“Xilasedici” – “Styaua” 3:1 (25:23, 25:17, 15:25, 28:26)
Qızıl set 15:13

Xəbəri istədiklərinizlə paylaşın
Seçilən
5
49
arena.az

10Mənbələr