RU

Harri Keyn Peleni geridə qoydu – ARENA.AZ

Futbol üzrə Almaniya çempionu “Bayern”in mərkəz hücumçusu Harri Keyn İngiltərə milli komandasının heyətində növbəti qollarını vurub.

Arena.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsinin sonuncu turu çərçivəsində qarşılaşdıqları Albaniya ilə matçda dubla imza atıb.

Bununla da 32 yaşlı forvard yığmadakı qollarının sayını 78-ə (112 oyuna) çatdırıb. Nəticədə o, milli komandaların bombardirləri siyahısında Braziliya yığmasının əfsanəsi Peleni geridə qoyub (77 qol).

Keyn hazırda bombardirlər sıralamasında 12-cidir. 11-ci pillədəki Braziliya millisinin üzvü Neymarın isə aktivində 79 qol var.

Bu göstərici üzrə rekordçu isə portuqaliyalı Kristiano Ronaldodur (143).

Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 17 oyuna çıxıb, 23 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 113 oyun, 108 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
12
49
arena.az

10Источники