AZ

Erlinq Haland 16 qolla hər kəsi qabaqladı – ARENA.AZ

Norveç milli komandasının hücumçusu Erlinq Haland DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin ən məhsuldar futbolçusu olub.

Arena.az xatırladır ki, 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Avropa bölgəsində mübarizə başa çatıb.

“Mançester Siti”nin və Norveç yığmasının ulduz hücumçusu Haland vurduğu 16 qolla seçmə mərhələnin ən sərrast qolçusu olub. Memfis Depay (Niderland), Marko Arnautoviç (Avstiya) və Harri Keyn (İngiltərə) isə 8 qolla 2-4-cü yerləri bölüşüblər.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 19 qol vurub, 1 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 161 oyun, 143 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
Seçilən
5
49
arena.az

10Mənbələr