Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.
KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Mahamalar kəndində baş verib.
Belə ki, kənd sakini, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndlərinin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən, fermada nəzarətsiz qalan çoban iti ona hücum edib.
Ağır xəsarətlər alan 83 yaşlı kişi hadisə yerində ölüb.