AZ

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürdü

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

 

Hadisə rayonun Mahamalar kəndində baş verib.

 

Belə ki, rayon sakini, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşı M.Atayev hadisə yerində ölüb.

 

Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralayıb.

 

Oxu.az

Tarix: 10 Noyabr 2025, 21:31   
Seçilən
13
13
pravda.az

10Mənbələr