Balakəndə itin parçaladığı qoca kişi ölüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Mahamalar kənd sakini 1942-ci il təvəllüdlü Atayev Məhəmməd yaşadığı ərazidə yerləşən fermanın yaxınlığından keçərkən çoban iti ona hücum edib.
İtin dişləməsi nəticəsində ağır xəsarətlər alan 83 yaşlı M. Atayev hadisə yerində ölüb.