RU

Premyer Liqa: “Arsenal”la MY xal itirdi, “Çelsi” 3 qola sevindi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Tottenhem” – “Mançester Yunayted” və “Sanderlend” – “Arsenal” oyunlarında qalib müəyyənləşməyib.

“Vest Hem” evdə “Börnli”yə, “Everton” da “Fulhem”ə qalib gəlib. “Çelsi” isə “Vulverhempton”la ev oyununda 3 cavabsız qola sevinib.

12-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
11-ci tur

8 noyabr

Tottenhem – Mançester Yunayted 2:2
Qollar: Tel, 84. Riçarlison, 90+1 – Mbömo, 32. De Liqt, 90+6.

Sanderlend – Arsenal 2:2
Qollar: Ballard, 36. Brobbi, 90+4 – Saka, 54. Trossard, 74.

Vest Hem – Börnli 3:2
Qollar: K.Uilson, 44. Souçek, 77. Uolker-Peters, 87 – Fellminq, 35. Kullen, 90+7.

Everton – Fulhem 2:0
Qollar: Qeye, 45+4. M.Kin, 81.

Çelsi – Vulverhempton 3:0
Qollar: M.Qusto, 51. J.Pedro, 65. Neto, 73.

9 noyabr

18:00. Aston Villa – Bornmut
18:00. Brentford – Nyukasl
18:00. Kristal Pelas – Brayton
18:00. Nottingem Forest – Lids
20:30. Mançester Siti – Liverpul

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
15
24
arena.az

10Источники