AZ

Rəşad Sadıqov: “Hakim səhvi nəticəyə təsir etmədi” - ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşündə qapılara qol vurulmayıbı.

Rəşad Sadıqov matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə Zəfər Günü münasibətilə xalqımızı, dövlətimizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! Zəfərimiz əbədi olsun!

Bu gün əzmkar oyun keçəcəyi hamıya bəlli idi. Qarşımızda təhlükəli komanda var idi. Hücum potensialı ən təhlükəli komandalardan birinə qarşı oynayırdıq. Əks-hücumlarda da təhlükəlidirlər, cinah asmalarında da. Hamısını nəzərə almışdıq. Futbolçularım əzmkarlıq göstərdilər. Demək olar ki, rəqibə qol epizodu vermədik. Komandam çox diqqətli oldu və peşəkarlıqla hücumların qarşısını alırdılar. 60-cı dəqiqədən sonra say üstünlüyümüz oldu. Ona qədər bərabər mübarizə şəraitində oyun keçirdi. 100 faizli olmasa da, qol epizodlarımız oldu. Daha böyük qüvvə ilə irəli atıldıq. Sadəcə rəqib qapıçı, müdafiəçilər etibarlı idilər. Uduzsaydıq da, futbolçularımın davranışından razı idim. Bu şəkildə davam etməliyik. Milli fasilədən sonra hazırlaşacağıq ki, istədiyimiz nəticəni əldə edək”.

Rəşad Sadıqov hakimlikdən də söhbət açıb:

“Birinci hissədə epizodlar var idi ki, etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaqdakı yan xətt hakim qırmızı vərəqə verilməsini dedi. 50 metrdən epizoda müdaxilə etdi. VAR sistemi var. Epizodda “qırmızı”lıq bir şey yox idi. Əliyar bəyin də dərhal qırmızı verməsi ilə hamımız emosional olduq. Oyunun sonunda foullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma “Turan Tovuz” standart vəziyyətlərdə təhlükəlidir. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan budur”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
30
arena.az

10Mənbələr