AZ

Bundesliqa: “Bayern”dən ilk xal itkisi, “Bayer”dən 6 qol

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.

Səfərdə “Hamburq”la qarşılaşmış “Borussiya” (Dortmund) xal itkisi ilə üzləşib. Elə son çempion “Bayern” də turu xal itkisi ilə başa vurub. Cari mövsümdə keçirdiyi əvvəlki oyunlarının hamısından qalib ayrılmış Münhen təmsilçisinə ilk xal itkisini “Union Berlin” yaşadıb.

“Bayer” “Haydenhaym”la ev oyununda 6 cavabsız qola sevinib. “Hoffenhaym” “Leypsiq”i, “Borussiya” (Mönhenqladbax) da “Köln”ü xalsız yola salıb.

10-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
10-cu tur

7 noyabr

Verder – Volfsburq 2:1
Qollar: Stage, 83. Mbanqula, 90+4 – Svanverq, 28.

8 noyabr

Bayer – Haydenhaym 6:0
Qollar: Şik, 2; 22. Hofmann, 16. Poku, 27. Maza, 45+1; 53.

Hamburq – Borussiya (Dortmund) 1:1
Qollar: Koniqsdorffer, 90+7 – Çukvuemeka, 64.

Hoffenhaym – Leypsiq 3:1
Qollar: Haydari, 20. Lemperle, 38. Promel, 79 – Diomande, 9.

Union Berlin – Bayern 2:2
Qollar: Doexi, 27; 83 – L.Dias, 38. H.Keyn, 90+3.

Borussiya (Mönhenqladbax) – Köln 3:1
Qollar: Sander, 45+2. Diks, 61-pen. Tabakoviç, 64 – Valdşmit, 90+2-pen.

9 noyabr

18:30. Frayburq – Sankt Pauli
20:30. Ştutqart – Auqsburq
22:30. Ayntraxt – Maynts

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
4
38
arena.az

10Mənbələr