RU

Premyer Liqa: “Araz” “Karvan”a, “Zirə” “Turan”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/26 mövsümünün “Zəfər turu” adı verilmiş 11-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

“Araz-Naxçıvan” bu turda “Karvan”la üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunu Nicat İsmayıllı idarə edəcək.

“Araz-Naxçıvan” üç oyundur qələbə qazana bilmir. Elmar Baxşıyevin komandası bu oyunlarda 2 heç-heçə, 1 məğlubiyyət görüb. Bu üzdən də naxçıvanlılar uğursuz gedişata son qoymaq, xüsusən də ötən tur “Sumqayıt”dan aldıqları məğlubiyyəti unutdurmaq üçün autsayderi yenməyə çalışacaqlar.

“Karvan”ın vəziyyəti daha qəlizdir. Komanda ardıcıl 4 oyundur uduzur. Bu üzdən də Yevlax təmsilçisi bu görüşdən xal və ya xallarla ayrılmaq üçün əlindən gələni edəcək. “Karvan” hazırda 5 xalla 11-ci, “Araz-Naxçıvan” 16 xalla 6-cıdır.

Günün digər oyununda “Zirə” lider “Turan Tovuz”u qonaq edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüşdə söz sahibi FİFA referisi Əliyar Ağayev olacaq.

Premyer Liqada uğurlu mövsüm keçirən Tovuz təmsilçisi hazırda 21 xalla vahid liderdir. Bu rəqibindən cəmi 3 xal geri qalan “Zirə” isə 3-cü sırada qərarlaşıb. Bir sözlə, Rəşad Sadıqovun komandası son iki oyunda olduğu kimi, qalib gələ bilsə, “Turan Tovuz”a çatacaq.

Premyer Liqa
11-ci tur

7 noyabr

“Şamaxı” – “İmişli” 1:0
Qol: Karim Rossi, 79.
Hakimlər: Rauf Cabbarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 13:44.

“Qəbələ” – “Sumqayıt” 0:2
Qollar: Rüstəm Əhmədzadə, 54. Aleksandr Ramalinqom, 81.
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Qəbələ şəhər stadionu, 16:44.

8 noyabr

“Araz-Naxçıvan” – “Karvan”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:44.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 18:44.

9 noyabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 15:44.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Azersun Arena”, 18:44.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
23
30
arena.az

10Источники