AZ

ABL: NTD “Gəncə”yə də uduzdu - ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

A qrupunda yer almış komandalardan “Gəncə” NTD-ni qəbul edib. Gəncə Olimpiya İdman Kompleksində baş tutmuş görüş meydan sahiblərinin 90:78 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Sumqayıt” “Lənkəran”ı (98:94), “Sumqayıt” “Lənkəran”ı (98:94), “Ordu” isə “Naxçıvan”ı (100:76) məğlub edib.

6-cı tura sabah – noyabrın 9-da yekun vurulacaq.

A qrupu: Sabah – 10. Abşeron Lions – 9. Şəki – 7. Gəncə – 7. Neftçi – 6. NTD – 6.

B qrupu: Ordu – 12. Naxçıvan – 10. Sumqayıt – 8. Lənkəran – 8. Quba – 8. Sərhədçi – 8.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
36
arena.az

10Mənbələr