Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 10-cu tura bu gün start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Turan Tovuz”la “Kəpəz”in əvəzediciləri üz-üzə gəliblər. Qərb derbisində qalib müəyyənləşməyib.
10-cu turun qalan oyunları noyabrın 8-də və 9-da keçiriləcək.
Əvəzedicilər Liqası
10-cu tur
7 noyabr
“Turan Tovuz-2” – “Kəpəz-2” 1:1
Qollar: Sənan Əliyev, 87-öz qapısına – Nizami Səmədov, 44.
Hakimlər: Elvin Bayramov, Zöhrab Abbasov, Elmin Süleymanov, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
8 noyabr
“Şamaxı-2” – “Neftçi-2”
Hakimlər: Murad Səlimov, Asif Abdullayev, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 14:00.
9 noyabr
“Sabah-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Safalı Ağayev, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 14:00.
“Sumqayıt-2” – “Qarabağ-2”
Hakimlər: Şamil İmanzadə, Kamran Bayramov, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Neftçi Arena” (ehtiyat meydança), 15:00.
“Zirə-2” – “Qəbələ-2”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Rekord Arena”, 14:00.

