AZ

Bundesliqa: “Verder” “Volfsburq”a qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Verder” doğma meydanda “Volfsburq”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

10-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
10-cu tur

7 noyabr

Verder – Volfsburq 2:1
Qollar: Stage, 83. Mbanqula, 90+4 – Svanverq, 28.

8 noyabr

18:30. Bayer – Haydenhaym
18:30. Hamburq – Borussiya (Dortmund)
18:30. Hoffenhaym – Leypsiq
18:30. Union Berlin – Bayern
21:30. Borussiya (Mönhenqladbax) – Köln

9 noyabr

18:30. Frayburq – Sankt Pauli
20:30. Ştutqart – Auqsburq
22:30. Ayntraxt – Maynts

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
24
arena.az

10Mənbələr