AZ

Liqa 1: “Renn” “Paris”i səfərdə məğlub etdi - ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Paris” doğma meydanda “Renn” ilə üz-üzə gəlib. Qonaqlar bu matçda 3 xalı tək qolla qazanıblar.

12-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
12-ci tur

7 noyabr

Paris – Renn 0:1
Qol: Embolo, 81.

8 noyabr

20:00. Olimpik (Marsel) – Brest
22:00. Havr – Nant
00:05. Monako – Lans

9 noyabr

18:00. Loryan – Tuluza
20:15. Anje – Oser
20:15. Mets – Nitsa
20:15. Strasburq – Lill
23:45. Olimpik (Lion) – PSJ

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
11
22
arena.az

10Mənbələr