AZ

Spalletti Kambyazo haqda qənaətini açıqladı - ARENA.AZ

“Yuventus”un baş məşqçisi Luçano Spalletti “byankoneri”nin italiyalı cinah müdafiəçisi Andrea Kambyazo haqda qənaətini açıqlayıb.

Arena.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdiim edir:

“Andrea bizim komandamız üçün fövqəladə vacib oyunçudur. O, inanılmaz dərəcədə müasir futbolçudur”, deyə Spalletti vurğulayıb.

Xatırladaq ki, Andrea Kambyazo “Cenoa”nın yetirməsidir. O, bu klubda olarkən “Albissola”, “Savona”, “Alessandriya” və “Empoli” kimi komandalarda icarədə oynayıb. Müdafiəçi “Yuventus”a 2022-ci ilin yayında 15 milyon avro müqabilində keçib. O, 2022/2023-cü illər mövsümünü “Bolonya”da icarədə keçirdikdən sonra yenidən Turin klubuna qayıdıb.

Kambyazo cari mövsümdə “Yuventus”un heyətində 12 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin klubundakı ümumi statistikası isə belədir: 97 oyun, 6 qol, 13 məhsuldar ötürmə.

İtaliyanın U-21 yığmasında da oynamış Andrea Kambyazo 2024-cü ilin martında əsas millidə debüt edib. O, İtaliya yığmasının heyətində 18 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
8
19
arena.az

10Mənbələr