RU

RİNN-də Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 8 Noyabr – Zəfər Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib. Tədbir Respublika Qan Bankının dəstəyi ilə təşkil edilib. 

"Unikal" xəbər verir ki, bu humanist təşəbbüs Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından, qanından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilib.

Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları aksiyada fəal iştirak ediblər.

Donor olmaq istəyən şəxslərin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra uyğun olanlardan qan götürülüb. Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyaları mütəmadi olaraq təşkil edilir.

Избранный
58
50
unikal.az

10Источники