AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar olaraq Hərbi Memorial Məzarlığı ziyarət ediblər.
"Unikal" xəbər verir ki, İSİ əməkdaşları Azərbaycanının ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyaraq məzarlarının üzərinə tər çiçəklər düzüblər.
Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və heç zaman unudulmayacaq.