AZ

Beyləqanda "Zəfər Günü"nə həsr olunmuş ziyafət tədbiri keçirilib - FOTOLAR

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib. 

"Unikal" xəbər verir ki, əvvəlcə xalqımızın böyük oğlu, müasir Azərbaycanın memarı və milli dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətləri ilə tarixə düşmüş Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Vətənin bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra 44 günlük Vətən Müharibəsində yazılan şanlı Zəfər yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi veteranları, idarə və müəssisə əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan xalqı 44 gün ərzində bütün dünyaya gücünü, əzmini və iradəsini nümayiş etdirdi. RİH başçısı vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti və xalq–dövlət birliyinin sarsılmazlığı nəticəsində Azərbaycan təkcə torpaqlarını azad etmədi — əsrlər boyu yaddaşlardan silinməyəcək bir zəfər salnaməsi yazdı. Sabah paytaxt Bakı şəhərində keçiriləcək möhtəşəm Zəfər Paradını vurğulayan rayon rəhbəri, bu paradın Azərbaycan xalqının dövlətçilik qürurunun, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin parlaq təcəssümü olduğunu bildirdi.

Tədbirin davamında şəhid ailələri adından Bənövşə Fərzəliyeva, Vətən Müharibəsi qazisi Orxan Həsənov və digərləri çıxış edərəl Zəfərin qürurundan və dövlətimizin şəhid ailəri və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan danışmışlar.

Ziyafət tədbiri Beyləqan rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səslənən hər bir ifa həm qələbə sevincini, həm də şəhidlərin xatirəsinə sonsuz ehtiramı əks etdirib.

Seçilən
41
50
unikal.az

10Mənbələr