AZ

SOMDA-da Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində və onun regional idarələrində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın birliyi və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində əldə edildiyi vurğulanıb və onun rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri — dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərə göstərilən böyük diqqət və qayğının davamı kimi şəhid ailələri ziyarət edilib, onlara diqqət və qayğı göstərilib.

Tədbirin sonunda “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş etdirilib.

Seçilən
21
50
unikal.az

10Mənbələr