RU

“Ayın qolu”: “Şamaxı”nın futbolçuları mükafatlandırıldılar

“Ayın qolu” layihəsi çərçivəsində avqust və sentyabrın ən yaxşı qollarının müəllifləri olan “Şamaxı”nın futbolçuları mükafatlandırılıblar

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Söhbət əyalət təmsilçisinin legionerləri Dioqo Balau və Andrey Tırkovyanunun vurduğu qollardan gedir. Sözügedən futbolçulara mükafatları Azərbaycan Premyer Liqasının 8-ci turunun “Şamaxı” – “Kəpəz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Xatırladaq ki, Dioqo Balau avqust ayında, Premyer Liqanın 2-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunda baxımlı qola imza atmışdı. Amma bu qol onun komandasını məğlubiyyətdən (1:2) xilas etməmişdi.

Andrey Tırkovyanu isə sentyabrda, Premyer Liqanın 4-cü turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunda vurduğu qolla “Ayın qolu” layihəsinin qalibi seçilmişdi. Andreyin kornerdən qol vurduğu oyunda “Şamaxı” 3:0 hesablı qələbəyə sevinmişdi.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
351
7
arena.az

10Источники