RU

İvan Haşek Çexiya millisindən qovuldu

Futbol üzrə Çexiya milli komandasının baş məşqçisi, 62 yaşlı çexiyalı futbol mütəxəssisi İvan Haşek istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Təcrübəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın bir neçə gün öncə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində cırtdan ölkə Farer adalarına gözlənilməz məğlubiyyəti (1:2) səbəb olub.

Xatırladaq ki, İvan Haşek 2024-cü ilin yanvarında Çexiya yığmasına baş məşqçi təyin edilmişdi. Həmin vaxt onunla müddəti 2025-ci ilin noyabr ayına qədər nəzərdə tutulmuş müqavilə imzalanmışdı. Çexiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazansaydı, müqavilənin müddəti avtomatik uzadılacaqdı. Amma göründüyü kimi, Haşek heç mövcud müqavilənin sonunadək postunda qala bilməyib.

Bu müddət ərzində Çexiya yığması onun rəhbərliyi altında 21 oyun keçirib, 11 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət görüb.

İvan Haşek daha öncə də Çexiya yığmasına rəhbərlik edib. Belə ki, o, 2009-cu ilin iyulundan oktyabr ayına qədər bu komandanı 5 oyuna çıxarıb. Çexlər həmin oyunlarda 3 qələbə qazanıb, 2 heç-heçə ediblər.

Haşek Qabon və Livan yığmalarına da rəhbərlik edib.

Təcrübəli mütəxəssis müxtəlif klublarda da baş məşqçi kimi çalışıb. O, “Sparta” (Praqa), “Strasburq”, “Vissel Kobe”, “Əl-Vasl”, “Sent-Etyen”, “Əl-Əhli”, “Əl-Hilal”, “Qətər”, “Fujayra”, “Emireyts Klub” kimi kollektivlərə rəhbərlik edib.

Çexiya yığması DÇ-2026-nın seçmə mərhələsinin L qrupunda Xorvatiya, Farer adaları, Monteneqro və Cəbəllüttariqlə mübarizə aparır. Komanda hazırda 13 xalla qrup ikincisidir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
350
1
arena.az

10Источники