RU

Mariam Kvrivişvili: Əminəm ki, azərbaycanlı həmkarlarımızın dəstəyi ilə yaxın vaxtlarda BTQ-ni tam istifadəyə verəcəyik

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Gürcüstan hökuməti hamımız üçün vacib olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin yaxın vaxtlarda tamamlanmasını və bu xəttin tam istifadəyə verilməsini səbirsizliklə gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili 10 oktyabr – Gürcüstan Dəmir Yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Nazir deyib: "Hazırda yük qatarlarını test rejimində qəbul edirik. Əminəm ki, azərbaycanlı həmkarlarımızın dəstəyi sayəsində biz bir neçə ay sonra Bakı-Tbilisi-Qars layihəsinin tam istifadəyə verilməsini və funksional fəaliyyətə başlamasını birlikdə qeyd edəcəyik”.

Nazir layihənin bir neçə aydan sonra tam istifadəyə veriləcəyinə ümidvarlığını ifadə edib.

Qeyd edək ki, Gürcüstan hökumətinin 2025-ci il üzrə hesabatına əsasən, BTQ layihəsi üzrə nəzərdə tutulmuş işlərin 98,5 faizi yerinə yetirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
17
6
azertag.az

8Источники