AZ

Gürcü nazir: BTQ-nin tam istifadəyə verilməsini səbirsizliklə gözləyirik

Gürcüstan uzun illər əvvəl başlanmış çox mühüm Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanmasını səbirsizliklə gözləyir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili 10 oktyabr – ölkənin dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Nazir layihənin bir neçə aydan sonra tam istifadəyə veriləcəyinə ümidvarlığını ifadə edib.

“Yük qatarlarını test rejimində qəbul etmək imkanımıza baxmayaraq, əminəm ki, azərbaycanlı həmkarlarımızın dəstəyi sayəsində biz bir neçə aydan sonra Bakı-Tbilisi-Qars layihəsinin tam istifadəyə verilməsini və funksional fəaliyyətə başlamasını birlikdə qeyd edəcəyik”, - M.Kvrivişvili deyib.

Qeyd edək ki, Gürcüstan hökumətinin 2025-ci il üzrə hesabatına əsasən, BTQ layihəsi üzrə nəzərdə tutulmuş işlərin 98,5%-i yerinə yetirilib.
Seçilən
4
6
sherg.az

8Mənbələr