Gürcüstan uzun illər əvvəl başlanmış çox mühüm Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanmasını səbirsizliklə gözləyir.
Aznews.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili 10 oktyabr – ölkənin dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Nazir layihənin bir neçə aydan sonra tam istifadəyə veriləcəyinə ümidvarlığını ifadə edib.