RU

Ərdoğan Putini mənim qədər yaxşı tanıyır - TRAMP

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Ağ Evdə görüşüb.

Turkustan.az xəbər verir ki, liderlərin mətbuata açıqlamaları zamanı həm ikitərəfli münasibətlər, həm də beynəlxalq məsələlərlə bağlı mesajlar verilib.

Tramp Türkiyəyə qarşı 2020-ci ildə S-400 hava hücumundan müdafiə sistemlərinə görə tətbiq edilən sanksiyaların qaldırıla biləcəyini istisna etməyib:

“Sanksiyalar? Ola bilər, çox tezliklə. Əgər yaxşı görüş olsa, demək olar dərhal qaldırılacaq,” - deyə o bildirib.

ABŞ lideri bunun Ankara üçün F-35 qırıcı təyyarələrinin yenidən alınmasına və digər hərbi texnika üzrə əməkdaşlığa yol aça biləcəyini qeyd edib.

Tramp, həmçinin Türkiyənin Rusiya nefti almasını dayandırmasını istədiyini vurğulayıb:

“Ən yaxşısı odur ki, o, Rusiyadan neft və qaz almasın. Ərdoğan Putini mənim qədər yaxşı tanıyır,” - deyə ABŞ Prezidenti əlavə edib.

Ticarət məsələsinə toxunan Tramp bildirib ki, Ankara ilə iqtisadi əməkdaşlıq genişlənəcək:

“Bizim böyük ticarətimiz var və onu artıracağıq. Türkiyə F-16, F-35 və başqa şeylər almaq istəyir. Bu barədə danışacağıq,” - deyə o vurğulayıb.

Görüşdə Yaxın Şərqdəki vəziyyət də gündəmə gəlib. Tramp Qəzzada atəşkəs razılaşmasının “çox yaxın” olduğunu, lakin bunun üçün İsraillə görüşməli olduğunu qeyd edib. “Çox insan ölür, amma biz əsirlərin qaytarılmasını istəyirik,” – deyə o bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə BMT Baş Assambleyası çərçivəsində Tramp ilə görüşəcək.

Избранный
11
50
turkustan.az

10Источники