AZ

Ağ Evdə Tramp-Ərdoğan görüşü başa çatdı

Ağ Evin Oval kabinetində ABŞ və Türkiyə liderləri - Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.

Tərəflər arasında görüş təqribən 2 saat 18 dəqiqə davam edib.

Tramp türkiyəli həmkarını qapıya qədər müşayiət edib. Qeyd edək ki, iki lider 6 ildən sonra ilk dəfə Ağ Evdə görüşüb.

***19:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, Tramp həmkarını Ağ Evin qarşısında qarşılayıb.

Onlar Nyu- Yorkda baş tutan BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir araya gəliblər.

Seçilən
9
50
far.az

10Mənbələr